Şəmkirdə saxta araq aşkarlandı –

Baş səhifə

Şəmkir şəhərində mağazada ümumi miqdarı 127,6 litr olan 203 ədəd saxta araq aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, mağazada “Belaya”, “Organic Ultra”, “Organic Brand”, “Organic Free”, “Organic Ekskluziv”, “Oscar”, “Sobranie”, “Ağsu”, “İCE”, “Organic”, “Moskovskiy” əmtəə nişanlı 203 ədəd saxta araqlar aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, saxta məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materialların hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir