Alimlər 1-ci tip diabetin effektiv müalicə üsulunu tapıb

Baş səhifə

Bakı. Trend:

Kompleks şəkildə hematopoetik kök hüceyrələrin və mədəaltı vəzi
hüceyrələrinin köçürülməsi Stenford Tibb Məktəbinin
tədqiqatçılarına siçanlarda 1-ci tip diabetin tam qarşısını almağa
və ya onu müalicə etməyə imkan verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Journal of Clinical Investigation” (JCI) jurnalında dərc edilən
məqalədən göründüyü kimi, donor və resepient (orqanı qəbul edən
-red.) hüceyrələrindən formalaşan yeni immun sistemi insulin ifraz
edən hüceyrələrə qarşı autoimmun hücumu dayandırıb və insulin və
immunosupressiv dərmanlar olmadan normal şəkər səviyyəsinin sabit
şəkildə bərpasını təmin edib.




Orqanizmi bu cür transplantasiyaya hazırlamaq üçün alimlər
yumşaq bir rejimdən istifadə ediblər: anticisimlərin kombinasiyası,
aşağı dozalı şüalanma və autoimmun xəstəliklərə qarşı tətbiq olunan
preparat.

Bu sxem artıq qismən klinikada tətbiq olunur ki, bu da metodun
insanlara ötürülməsi şansını artırır. Metod diabetin inkişafının
qarşısını almaq üçün sınaqdan keçirilən bütün 19 heyvanda işləyib.
Həmçinin xəstəliyi artıq ağır formada olan doqquz siçanın hamısında
da müsbət nəticə verib.

Növbəti addım texnologiyanı insanlar üçün uyğunlaşdırmaq və
transplantasiya üçün yetərli sayda mədəaltı vəzi hüceyrəsi mənbəyi
tapmaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir