Azərbaycanda borcalanların 33%-i “orta” kateqoriyadadır – Azərbaycan Kredit Bürosu

Baş səhifə

Bakı. Trend:

Ölkə üzrə borcalanların skorinq göstəriciləri açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Kredit Bürosunun Məhsul rəhbəri
Kamal Mirzəyev bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq
Forumunun ikinci günündə məlumat verib.




Onun sözlərinə görə, ümumilikdə 4,9 milyon şəxsin skorinq
profili formalaşıb və onların 3 milyonunun aktiv skor balı
mövcuddur: “Bu borcalanların cari skorlarının kateqoriyalar üzrə
paylanması aşağıdakı kimidir: pis kateqoriyada – 8%, kafi
kateqoriyada – 26%, orta kateqoriyada – 33%, yaxşı kateqoriyada –
21% və əla kateqoriyada – 11%”.

Kamal Mirzəyev bildirib ki, borcalanların böyük hissəsinin
“orta” kateqoriyasına düşməsi əsasən uzunmüddətli öhdəliklər, borc
yükü və kredit sayı kimi faktorlarla bağlıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir