
Bakı. Trend:
Azərbaycan Kredit Bürosu (AKB) regionlar üzrə kredit skorlarının
analizini təqdim edəcək yeni modul hazırlayır.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Kredit Bürosunun Məhsul rəhbəri
Rasim Həbibzadə Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun
ikinci günündə bildirib.
Onun sözlərinə görə, büro hazırda regionlar üzrə analiz adlanan
yeni modul üzərində işləyir.
“Bu modulun cari ilin sonunadək istifadəyə verilməsi
planlaşdırılır. Yeni modul vasitəsilə istifadəçilər
portfellərindəki yeni kreditlərin ölkənin müxtəlif regionları üzrə
orta skorlarını müəyyən edə biləcəklər. Yəni, bu modul hər bir
regionda verilmiş kreditlərin skor dinamikasını fərqli dövrlər üzrə
təhlil etməyə imkan verəcək”, – R. Həbibzadə qeyd edib.

