
Bakı.Trend:
ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri
Allison Huker Şəhidlər Xiyabanını ziyarət edərək həlak olanların
xatirəsini ehtiramla yad edib.
Trend xəbər
verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat
yayıb.
Bildirilib ki, dəyərlərini müdafiə edərək həyatını itirən bütün
insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş
ailələrə və dostlara dərin hüznlə başsağlığı verir.

