Astarada psixotrop maddə qəbul edib avtomobil idarə edən sürücü saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti
qaydasını pozduğu üçün “Vaz 21154” markalı nəqliyyat vasitəsinin
sürücüsü Vurğun Əlizadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən
edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi
müayinədən keçməsi təmin olunub.

Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən
olunub.




Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması
üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati
qaydada həbs edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir