Süni intellekt kompüteri virusa yoluxdura bilər – “Microsoft” xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sistemində
istifadəçi tapşırıqlarını müstəqil şəkildə yerinə yetirə bilən
agent tipli süni intellekt modullarının tətbiqini nəzərdə tutan
yeni eksperimental funksiyaya dair rəsmi bildiriş dərc edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin süni intellekt modulları istifadəçilərin
kompüterlərinin viruslara yoluxdurulması riski yarada bilər.




“Microsoft”un bildirişinə əsasən, bu funksiyanı yalnız potensial
riskləri dərk edən istifadəçilər aktivləşdirməlidir. Standart
olaraq agent tipli süni intellekt funksiyası söndürülmüş vəziyyətdə
olur. Funksiya aktiv edildikdən sonra sistem süni intellekt
agentləri üçün ayrıca lokal hesablar yaradır.

Bu agentlər təcdir olunmuş mühitdə işləsələr də, əsas istifadəçi
qovluqlarına,o cümlədən Documents (sənədlər), Downloads
(nndirimlər) və Desktop (iş masası) bölmələrinə giriş əldə edirlər.
Bu səviyyədə giriş hüququ proqramlarda əməliyyatların icrası və
fayl sistemi ilə qarşılıqlı əlaqə üçün zəruri hesab edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir