
Bakı. Trend:
Uşaq yalnız ailənin deyil, eyni zamanda, mənsub olduğu xalqın,
dövlətin ən böyük və qiymətli sərvətidir.
Trend xəbər
verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri büdcəyə uşaqlarla bağlı bir sıra təkliflərimi
səsləndirib:
“Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, uşaq
bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin
təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı
ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac
var”.

