
Bakı. Trend:
Rəqəmsal fırıldaqçılıq hallarının böyük hissəsi – 80-90%-i
müştərilərin manipulyasiya olunması yolu ilə baş verir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Aparat Sistemləri və
Məhsul İnkişafı şöbəsinin Baş mütəxəssisi Elvin Cüvarov bu gün
Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə
deyib.
O, rəqəmsal fırıldaqçılıq hallarını kateqoriyalaşdırıb: “Burada
birinci pillədə müştəri tərəfindən məlumatların ötürülməsini qeyd
edə bilərik. İkinci yerdə isə müştərinin manipulyasiya olunması
nəticəsində müştərinin özünün icra etdiyi əməliyyatlarıdır”.
“Ona görə də ölkə daxilində banklar, ödəniş təşkilatları üçün
informasiya təhlükəsizliyi sahəsində müəyyən tələblər
formalaşdırılsın. Yəni ölkədə rəqəmsal fırıldaqçılıqla mübarizədə
tələblərin daha da yenilənməsinin zamanı yetişib. Bu sahədə Mərkəzi
Bank tərəfindən işlər görülür”, – deyə AMB rəsmisi qeyd edib.

