Rusiyanın Ternopola hücumundan sonra itkin düşmüş 22 nəfərin axtarışı davam edir

Baş səhifə

Rusiyanın Ternopoldakı yaşayış binasına hücumu nəticəsində dağıntılar altında qalanların axtarışı davam edir.

APA xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında hadisə ilə bağlı son məlumatları bölüşüb.

“Bütün gecə xilasedicilər işləyiblər və axtarış-xilasetmə tədbirləri hələ də davam edir. 22 nəfər hələ də itkindir. Ukraynanın 9 regionundan 230-dan çox xilasedici əraziyə cəlb olunub. İndiyə kimi 26 nəfərin ölümü təsdiqlənib. Bunların arasında3 uşaq da var” , -Zelenski bildirib.

Qeyd edək ki, Rusiya dünən Ukraynanın digər regionlarına da raket və dronlarla hücum edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir