Bolqarıstan rusiyalılara çoxgirişli Şengen vizası verilməsini dayandıran ilk Aİ ölkəsi olub

Baş səhifə

Bolqarıstan Rusiya vətəndaşlarına çoxgirişli Şengen vizalarının verilməsini dayandırdığını rəsmi şəkildə bəyan edib.

APA xəbər verir ki, bu barədə “Vot tak” Bolqarıstanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qurumun açıqlamasına görə, Bolqarıstanın Moskvadakı və Sankt-Peterburqdakı konsulluqlarına Avropa Komissiyasının Rusiya vətəndaşları üçün Şengen zonasının viza rejiminin sərtləşdirilməsi barədə qərarına ciddi əməl olunması barədə xüsusi təlimatlar göndərilib. Qərar bütün Aİ üzv dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyır.

Nazirlik həmçinin bildirib ki, Bolqarıstan Belarus vətəndaşlarına da oxşar məhdudiyyətlərin tətbiq olunmasına hazırdır.

“Bolqarıstan, Rusiyaya çoxgirişli vizaların verilməsinin dayandırılması ilə bağlı Avropa Komissiyasının qərarını nəzərə alaraq, Belarus vətəndaşları üçün də analoji tədbirlərin tətbiqi məsələsini digər Aİ üzv ölkələrlə müzakirə etməyə hazırdır. Belarus Rusiyanın ən yaxın müttəfiqlərindən biridir”, — qurumun məlumatında qeyd olunur.

Rəsmi statistikaya əsasən, Bolqarıstan 2024-cü ildə Rusiya vətəndaşlarına 7,8 min Şengen vizası verib. Onların nə qədərinin çoxgirişli olduğu açıqlanmayıb.

Xatırladaq ki, 7 noyabrda Avropa Komissiyası rusiyalılara çoxgirişli Şengen vizalarının verilməsini məhdudlaşdırmaq qərarı qəbul edib. Yeni qaydalar yalnız Rusiyanın ərazisindən vizaya müraciət edən şəxslərə şamil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir