
Özbəkistanın əməkdar mədəniyyət işçisi, aparıcı və rejissor Mirabbos Mirzəəhmədov 84 yaşında vəfat edib.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Mirabbos Mirzəəhmədov 1941-ci il sentyabrın 30-da Daşkənddə anadan olub. Televiziya və radio sahəsində yaradıcılıq fəaliyyətinə 1965-ci ildə başlayıb. Fəaliyyəti dövründə 50-dən çox film və serialın çəkilişlərində iştirak edib. Çoxsaylı televiziya-radio layihəsinin rəhbəri və proqramlarının aparıcısı olub.
Mirzəəhmədov Özbəkistanın əməkdar mədəniyyət işçisi adına, “Əmək Şöhrəti” və “Dostluq” ordenlərinə layiq görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

