İranda paytaxtın köçürülməsi seçim deyil, məcburidir – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

Artıq reallıq budur ki, İranda paytaxtı Tehrandan köçürmək seçim
deyil, məcburi atılacaq addımdır.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (20
noyabr) ölkənin şimal-qərbində yerləşən Qəzvin vilayətində
ziyalılar və incəsənət xadimləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, ötən bir il ərzində paytaxtın köçürülməsi
hökumət rəsmiləri tərəfindən elan olunduğu zaman yetərli büdcə yox
idi. Bəlkə də yetərli büdcə olsaydı, paytaxt köçürülə bilərdi.
Həmin vaxtda da paytaxtın köçürülməsinin mümkün olmadığı
söylənirdi.




Pezeşkian bildirib ki, artıq paytaxt Tehranda əhalinin sayını
artırmaq və tikintiləri paytaxta yükləmək olmaz. Tehranı inkişaf
etdirmək olar, lakin su problemini həll etmək olmaz.

“Hazırda Fars körfəzindən hər 1 kubmetr suyun Tehrana nəql
olunması üçün təxminən 5 milyon rial (təxminən 8,3 dollar) vəsaitə
ehtiyac var. 1 kubmetr suyu nəql etmək üçün bu qədər vəsaiti
xərcləmək məntiqli deyil. Deməli ölkənin gələcəyi üçün elmi və
əhatəli yeni xəritəni tənzimləmək lazımdır”, – deyə o qeyd
edib.

Qeyd edək ki, İran paytaxtının Tehrandan köçürülməsi üzrə qanun
2015-ci ildə təsdiqlənib. Bu qanun indiyədək icra olunmayıb. İranın
hazırkı hökumətinin paytaxtı ölkənin cənubuna köçürmək niyyətində
olduğu bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir