Yanvar-oktyabr aylarında Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Çexiyaya 701,4
milyon ABŞ dolları dəyərində 1,308 milyon ton bitum süxurlardan
əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə, bu
göstərici dəyər ifadəsində 199,4 milyon ABŞ dolları və ya 22,1
faiz, həcm baxımından isə 126 min ton və ya 8,8 faiz azdır.




Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Çexiyaya ümumi dəyəri
900,8 milyon ABŞ dolları 1,434 milyon ton həcmdə, olan neft və neft
məhsulları ixrac edilmişdi.

Qeyd edək ki, yanvar–oktyabr aylarında Azərbaycan ümumilikdə
20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib və bu
ixracın dəyəri 10,9 milyard dollardan çox olub.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə
182,6 min ton (0,9%) artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir