Noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Noyabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.




Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz
17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm
civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-70 % təşkil
edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6,
gündüz 12-17 dərəcə isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir