Azərbaycanın balıq bazarında qiymətlər necədir? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda son dövrlərdə balıq məhsullarının bazar
qiymətlərində həm istehlakçıların, həm də sahə nümayəndələrinin
diqqət mərkəzindədir. Qiymətlərin formalaşmasında fəsillər üzrə
təklifin dəyişməsi, daxili istehsalın həcmi, idxal olunan
məhsulların maya dəyəri və logistika xərcləri əsas rol oynayır.
Bazar iştirakçıları bildirirlər ki, bu amillərin təsiri nəticəsində
bəzi balıq növlərinin qiymətində artım, digərlərində isə nisbi
sabitlik müşahidə olunur. Məsələ həm daxili tələbatın ödənilməsi,
həm də ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb
edir.

Bəs, hazırda müxtəlif balıq növləri üzrə bazarda
qiymətlər necədir?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Balıqçılar Birliyinin
ixtoloq Niyazi Heybətov bildirib ki, ölkədə iribuynuzlu heyvanlar
arasında yayılan dabaq xəstəliyi balıq satışına təsir etməyib.

O qeyd edib ki, göl balıqlarına 18% vergi tətbiq olunduqdan
sonra yerində 4-5 manata satılan balıqlar mağazalara 6-8 manata
paylanılır:

“Sazan və belamur kimi balıq növlərində neçə illərdir ki, qiymət
artımı müşahidə olunmur. Şəmkir, Qax, Oğuz, Şəki, Quba və Qusar
rayonlarında farel balıqları yetişdirilir. Farelin 100 qramlıq
körpə balığı 2 manata satılır. Farelin 1 kiloqramadək böyüməsi üçün
1,2% yem tələb olunur. Yemin 1 kilosunun qiyməti 3 manat 50
qəpikdir. Beləliklə, farel balığının kilosu 9-10 manata başa gəlir.
Bu növ balığın satışında da artım müşahidə olunmur”.

N.Heybətov əlavə edib ki, hazırda ən bahalı balıqlar sırasında
nərə xüsusilə qeyd edilməlidir:




“Dəniz nərəsi hazırda xeyli bahadır. Ümumilikdə, dəniz
balıqlarının qiyməti digərləri ilə müqayisədə bir qədər baha olur.
Qapalı su təchizatlarında saxlanılan nərə cinsli balıqlarının
qiymətlərində isə artım müşahidə edilmir”.

O vurğulayıb ki, Azərbaycana İrandan, Norveçdən, Rusiyadan
müxtəlif növ balıqlar idxal edilir.

“İrandan gətirilən balıqların qiyməti ucuzdur. Hazırda İrandan
kütüm, farel, nərə, bölgə (beluqa) balıqları idxal edilir. Hazırda
dənizdə xəşəm və kütüm balıqları xeyli azalıb.

Xəşəmin bir kilosu 22 manatdan satılır. Sazan, belamur, çəki
kimi göl balıqlarının qiyməti yerində 3 manata, mağazalarda isə
bundan 2-3 manat baha satılır. Xəzər sularında nərə balığının
ovlanması hazırda qadağandır. Bazarlarda bu balığı nadirən görmək
olar. Onun da 1 kilosunun qiyməti 100-110 manatdan başlayır”,- deyə
o əlavə edib.

İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə açıqlamasında bildirib ki,
ölkədə balıq qiymətlərindəki artımın bir neçə əsas səbəbi var.

“Bu səbəblər arasında ötən ilin ikinci yarısından idxal olunan
balıq və dəniz məhsullarına gömrük rüsumunun tətbiqi də yer alır.
Bu məhsullara 15% gömrük rüsumu tətbiq edilməsi ötən illə
müqayisədə balıq qiymətlərinin yüksəlməsinə səbəb olub. Gömrük
rüsumu idxal olunan məhsulun üzərinə əlavə olunur və yerli balıq
satıcıları da qiyməti artırmalı olurlar”, – deyə ekspert
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir