
Şimali Kipr Türk Respublikasının yeni seçilmiş prezidenti Tufan Erhürman Kiprin yunan hissəsinin lideri Nikos Xristodulidis BMT-nin bufer zonasında görüşüb.
APA xəbər verir ki, görüş BMT Baş katibinin xüsusi nümayəndəsi və BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) rəhbəri Xassim Caqnenin rəsmi iqamətgahında keçirilib.
Görüşdən sonra Prezident Erhürman jurnalistlərin suallarını cavablandıracaq.

