
Gələn il artıq az sayda da olsa, digər ölkələrin donor banklarından yararlanmaqla Yeni Klinikada əməliyyatların icrasına başlanacaq.
Metbuat.az-ın məlumatına görə, bu barədə Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov məlumat verib.
Onun sözlərinə görə, ölkədə donor çatışmazlığı mövcuddur və bu problemin həlli üçün xarici tərəfdaşlarla danışıqlar aparılır.
“Gələn ilin ortalarında digər ölkələrdən olan donorların sümük iliyinin ölkəmizdəki xəstələrə köçürülməsinin mümkün olacağını görəcəyik”, – Qurbanov bildirib.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

