
Bakı. Trend:
Avropa İttifaqı tamdəyərli sülh və regional inkişaf yolunda
erməni və azərbaycanlı tərəfdaşları ilə həmrəydir.
Trend xəbər verir
ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Maqdalena Qrono 18-19 noyabr tarixlərində İrəvanda keçirilən yüksək
səviyyəli ikigünlük müşavirələrin nəticələrinə dair bildirib.
“İrəvanda iki günlük intensiv və məzmunlu yüksək səviyyəli
müşavirələr başa çatdı”, – Qrono öz “X” səhifəsində yazıb.
O, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi ilə bağlı,
eləcədə erməni-türk münasibətlərinin normallaşdırılması, regional
əməkdaşlıq, nəqliyyat və kommunikasiya əlaqəliliyi məsələləri, o
cümlədən də humanitar məsələlərlə bağlı dərin fikir mübadiləsinin
aparıldığını vurğulayıb.

