
Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Xorvatiyaya
634,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə
olunmuş1,188 milyon ton xam neft və neft məhsulları də ixrac
edilib.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 207,9 milyon ABŞ dolları və ya 24,6% , həcm ifadəsində
isə 187 min ton və ya 13,6% azalıb.
Belə ki, ötən ilin ilk on ayında Azərbaycandan Xorvatiyaya 842,6
milyon ABŞ dolları dəyərində 1,375 milyon ton neft və neft
məhsulları ixrac olunub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
ümumilikdə 10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon ton xam
neft və neft məhsulları ixrac edib.

