
Bakı.Trend:
Nizami rayonunda bir nəfərə məxsus “Ford” markalı avtomobildən
içərisində 1000 manat pul və 670 manat dəyərində qızıl-zinət əşyası
olan çanta oğurlanıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 29 yaşlı N.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus “Changan” markalı
avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 47 yaşlı
Ö.Sadiqi də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşırmalar aparılır.

