
Bakı. Trend:
“Google” korporasiyası “YouTube” platformasında yeni bir
eksperimentin işə salındığını elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu yenilik mobil tətbiq vasitəsilə videoların
birbaşa paylaşılmasını və müzakirə edilməsini mümkün edir. Funksiya
“YouTube”un bütün məzmun formatlarına, o cümlədən, standart
videolara, “Shorts”lara və canlı yayımlara şamil olunur.
Hazırda eksperiment 18 yaşdan yuxarı İrlandiya və Polşa
istifadəçilərinin məhdud bir hissəsi üçün əlçatandır. Şirkət
bildirir ki, test iştirakçıları əvvəlki kimi videoları üçüncü tərəf
tətbiqləri vasitəsilə də paylaşa biləcəklər.
Bununla yanaşı, “Google” qeyd edir ki, göndərilən mesajlar,
xüsusilə də potensial təhlükə yarada biləcək məzmun aşkarlandıqda,
icma qaydalarına (community guidlines-ing) uyğunluq baxımından
avtomatik yoxlamadan keçirilə bilər.

