
Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya
ümumilikdə 7 milyard ABŞ dolları dəyərində 3,5 milyard kubmetr
təbii qaz (qaz şəklində) ixrac olunub.
Bu barədə Trend
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
dəyər ifadəsində 239 milyon ABŞ dolları və ya 3,3% azalıb, həcm
baxımından isə 612 milyon kubmetr və ya 21% artıb.
2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan İtaliyaya
ümumilikdə 7,3 milyar ABŞ dolları dəyərində 2,9 milyard kubmetr
təbii qaz ixrac olunub.
Qeyd edək ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan
xaricə ümumilikdə 18,5 milyard kubmetr təbii qaz ixrac olunub və
bunun dəyəri 6,7 milyard ABŞ dollarına bərabər olub. Bu, ötən ilin
eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları
və ya 10,3% çox, həcm baxımından isə 203,2 milyon kubmetr və ya
1,1% azdır.
Eyni zamanda, cari ilin 9 ayı ərzində Azərbaycana 39,1 milyon
ABŞ dolları dəyərində 252,2 milyon kubmetr həcmində təbii qaz idxal
edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 38,2 milyon ABŞ dolları və ya 49,4%, həcm ifadəsində isə
230,6 milyon kubmetr və ya 47,8% azdır.

