Azərbaycan və İsrail arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin
xarici işlər Qideon Saar iki ölkə arasında iqtisadi tərəfdaşlığın
genişləndirilməsi və birgə strateji layihələri müzakirə
ediblər.

Trend xəbər verir
ki, bu barədə Mikayıl Cabbarov öz rəsmi “X” səhifəsində məlumat
bölüşüb.




“İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin
xarici işlər naziri Qideon Saar ilə görüşmək xoş oldu. Azərbaycan –
İsrail iqtisadi münasibətlərinin genişləndirilməsi, birgə strateji
layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə
fikirlərimizi bölüşdük. Ölkəmizin əlverişli geoiqtisadi mövqeyini
və qlobal ticarətdə artan tranzit potensialını qeyd etdik”,- deyə
məlumatda bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir