Gəklən il pensiyaların miqdarı nə qədər olacaq? — RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi
xərclərinin 96,6%-ni və ya 8,2 milyard manatını əhaliyə ödənişlər
təşkil edəcək.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında “Dövlət
sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun
layihələrinin müzakirəsi zamanı deyib.




Komitə sədri bildirib ki, əmək pensiyalarının orta aylıq
məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir,
2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır. Növbəti
ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576,02
manatdan 53,03 manat artaraq 629,05 manata yüksəlməsi
proqnozlaşdırılır.

“Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə
əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı
məbləğinə nisbəti müvafiq olaraq 49,05 % və 50,41 % olmaqla
Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları
haqqında müvafiq konvensiyasına cavab verəcək”, – deyə deputat
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir