Azərbaycana gəlməyən Mbappenin davranışı tənqid edildi

Baş səhifə

Zədə səbəbilə Fransa millisinin heyətində yer almayan Kilian Mbappenin Dubaya səfər etməsi müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, o, Madridə qayıtmaq əvəzinə lüks oteldə dincəlib. Mbappenin Azərbaycana qarşı Dünya Kuboku seçmə mərhələsinin son oyununda iştirak etməməsi və milli komandadan ayrıldıqdan sonra Dubaya səfəri yenidən gərginliyə səbəb olub. “L’Équipe”in məlumatına görə, Mbappe dəbdəbəli oteldə dincəlib və “Padel One” adlı kluba baş çəkib.

Qeyd edək ki, Fransa millisi Azərbaycanla oyundan əvvəl dünya kubokuna vəsiqəni etmişdi. Mbappenin zədəsini bəhanə edərək, Azərbaycana gəlmədiyi iddia edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir