DSMF-nin 2026-cı il üzrə xərcləri 8,4 milyard manat həcmində proqnozlaşdırılır – Nazir

Baş səhifə

Bakı. Trend:

Dövlət sosial müdafiə fondunun 2026-cı il üçün gəlirləri 8
milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin
proqnoz gəlirlərindən 705,7 milyon manat və ya 9,3% çoxdur.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta
fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin
müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Fondun 2026-cı il üçün gəlirlərinin 79,2% və
ya 6,6 milyard manatının məcburi dövlət sosial sığorta
daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari
ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10%
çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün
daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə
4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə
proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil
edir.




Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə
müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə
daxilolmalar 3,6% və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə
daxilolmalar isə 13,1% və ya 520,3 milyon manat artımla
proqnozlaşdırılmışdır.

2026-cı ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə
dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət
büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində
proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş məbləğdən
100 milyon manat və ya 6,3% çoxdur.

Dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət
büdcəsindən ayrılan vəsaitin DSMF-nin gəlirlərindəki payının
2017-ci ildə 38%-dən 2026-cı ildə 20,4%-ə düşməsi
proqnozlaşdırılır.

Növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi
məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində Fondun əvvəlki
illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə
vəsait növbəti ilin xərclərinə yönəldilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir