İşsizlikdən Sığorta Fondunun xərcləri 5,7 milyon manat artaraq 266,4 milyon manata çatacaq

Baş səhifə

Bakı. Trend:

Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində
olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş
göstəricisindən 5,7 milyon manat və ya 2,2% çoxdur.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta
fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin
müzakirəsi zamanı deyib.




Nazir bildirib ki, proqnozlaşdırılan xərclərinin 77 milyon
manatı özünüməşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə
hazırlığı və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə
görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət
xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən
ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının
hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əməkaqqının
bir hissəsinin maliyyələşdirilməsinə, 2 milyon manatı sosial
müəssisələrin yaradılması və məqsədli proqramların həyata
keçirilməsinə və 1 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə
yönəldiləcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir