Azərkosmos Filippində Azərbaycanın genişlənən kosmik iqtisadiyyatını təqdim edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan Azərbaycan Respublikasının
Kosmik Agentliyi – Azərkosmos Filippində keçirilən Asiya-Sakit
Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF-31)
çərçivəsində təşkil olunan Cənub-Şərqi Asiya Kosmik Liderlər Forumu
(Southeast Asian Space Leaders’ Forum) zamanı Azərbaycanın
genişlənən kosmik imkanlarını və iqtisadi baxışını təqdim edib.

Bu barədə Trend-ə agentlikdən məlumat verilib.

“Kosmik iqtisadiyyat” mövzusuna həsr edilmiş çıxışda son illər
ərzində Azərbaycanın müasir kosmik ekosisteminin qurulması
istiqamətində əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat
verilib.

Çıxış zamanı regionda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə
verən Azerspace-1 və Azerspace-2 telekommunikasiya peykləri,
“Azconnexus” peyk internet həlləri, eləcə də Yer səthinin məsafədən
müşahidəsi ilə bağlı imkanlar barədə danışılıb.




Azərkosmosun Coğrafi İnformasiya Sistemləri və Yerin müşahidəsi
qabiliyyətlərinin kosmik iqtisadiyyat üçün yaratdığı dəyər
vurğulanıb. FarmerUp, Platerra, Milli GIS platforması və iqlim
analitikası kimi həllərin kənd təsərrüfatı, ekologiya, şəhərsalma
və digər sahələrdə peyk məlumatlarının tətbiqini genişləndirdiyi
qeyd edilib.

Təqdimat zamanı Azərkosmosun strateji hədəflərindən biri olan
insan kapitalının inkişafı, bu məqsədlə yaradılan KOSMİK
Akademiyanın proqramları və bu təşəbbüslərin gənclərin kosmik
texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına verdiyi
töhfələr haqqında da məlumat verilib.

Forum çərçivəsində Azərkosmos və Filippin Kosmik Agentliyi
(PhilSA) arasında ikitərəfli görüş keçirilib. Tərəflər peyk
rabitəsi, Yer müşahidəsi tətbiqləri, insan kapitalının inkişafı və
Asiya-Sakit Okean regionu üzrə birgə kosmik təşəbbüslər sahəsində
əməkdaşlıq perspektivlərini müzakirə edib, həmçinin gələcəkdə
qarşılıqlı texniki missiyaların təşkili imkanları barədə fikir
mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir