Azərbaycanın alüminium idxal və ixracına xərci artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 175,4 milyon ABŞ
dolları dəyərində 62,1 min ton alüminium və ondan hazırlanan
məmulatlar ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,4 milyon ABŞ
dolları və ya 3,8% artıb, həcm baxımından isə 810n ton və yaxud
1,3% azalıb.




Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan
məmulatların ümumi ixracda xüsusi çəkisi 0,81%, qeyri-neft sektoru
üzrə xüsusi çəkisi isə 5,87% təşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk 10 ayında Azərbaycana 181,9 milyon
ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar
idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 41,4 milyon ABŞ dolları və ya 29,5%
artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir