Azərbaycanda 10 ayda tikinti sektoruna 3,6 milyard manatdan çox yatırım edilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,644 milyard manat
sərf olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə 1,1% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 24,6%-ə bərabər olub.




Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın
2,467 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da
2024-cü ilin ilk 10 ayındakı göstəriciyə nəzərən 26,3% artım
deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş
investisiyaların yekunda xüsusi çəkisi 16,6%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya
yönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 6,0 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir