
Bakı. Trend:
Peyvəndlər autizmə səbəb olmur.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət
və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb.
“Tədqiqatlar peyvəndlərlə autizm spektr pozğunluğunun inkişafı
arasında heç bir əlaqə olmadığını göstərdi”, məlumatda
bildirilib.
Qeyd edək ki, sentyabrda ABŞ Prezidenti Donald Tramp son 30 ildə
autizmin həddən artıq çoxalmasının peyvəndlərlə əlaqəli olduğunu
iddia etmişdi. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması
Mərkəzlərinin statistikasına istinad edən Tramp 2000-ci ildə hər
150 uşaqdan birinə autizm diaqnozunun qoyulduğunu bildirmişdi.
Beynəlxalq mərkəzlər və mütəxəssislər isə qeyd edir ki, son
illərdə autizm spektr pozğunluğu o qədər də artmayıb, sadəcə
autizmin diaqnostikası inkişaf edib.

