
Bakı. Trend:
Azərbaycanın azad edilmiş digər ərazilərində olduğu kimi Şuşa
şəhərində də bərpa, yenidənqurma və quruculuq işləri davam
etdirilir.
Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, bu işlərin davamı kimi Şuşa şəhərində D-3
massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan
yeni 7 yaşayış binasının tikinti işləri aparılacaq.
Məlumata əsasən, eyni zamanda ərazinin abadlaşdırlması işləri də
həyata keçiriləcək.
Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi artıq bununla bağlı
müvafiq işlərə start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 36,7 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.

