ATƏT sədri: ABŞ-ın sülh planı sanki Moskvada yazılıb

Baş səhifə

ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, o zaman o elə bil Moskvada yazılıb.

APA xəbər verir ki, bu fikri Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen “Yle”yə bildirib.

Nazir ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi iddia edilən sülh planının Qərb KİV-də təqdim olunan müddəalarını sərt şəkildə tənqid edib.

Elina Valtonen qeyd edib ki, əgər ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, bu cür şərtlər Ukrayna və onun Avropadakı tərəfdaşları üçün qəbuledilməzdir.

“Bu plan sanki Moskvada yazılıb. Onlar BMT Nizamnaməsini açıq şəkildə kənara atır”, — Valtonen vurğulayıb.

“Biz Ukraynada ədalətli və davamlı sülh istəyirik və artıq dörd ildir bu məqsədə nail olmaq üçün çalışırıq”, — o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir