Azərbaycan dünya çempionatında 14 şahmatçı ilə təmsil olunacaq

Baş səhifə

Bakı. Trend:

Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə
dünya çempionatı keçiriləcək.

Trend FIDE-nin
rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yarışda 14
şahmatçı ilə təmsil olunacaq.




Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac
Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın
Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar
Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə
Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarovalar qüvvələrini
sınayacaqlar.

Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1
milyon avrodan artıqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir