
Bakı. Trend:
Bakı şəhəri, Nizami rayonu, “8-ci km” bazarında aparılan son
monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik
tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyat və
sağlamlığı üçün real təhlükə mənbəyidir. Bazarda yüksək risk
qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli
şəkildə, müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim
olunur.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yaranmış vəziyyətə görə məsuliyyəti birbaşa bazar
rəhbərliyi daşıyır. Fermerin əməyindən sui-istifadəyə yol
verilməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək
deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim
etmək üçün müvafiq şərait yaratmaqdır.
Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə
dəvət edərək xəbərdarlıq edir ki, ərzaq bazarlarında yenidənqurma
işləri görülməli, satış obyekləri gigiyenik qaydalara tam
uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların
düzgün şəraitdə saxlanması, satışı təmin olunmalıdır.

