Sabah Bakıda D-8 Media Forumu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Noyabrın 21-də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media
subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin
və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun,
əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda
D-8 Media Forumu keçiriləcək.

Trend bu barədə
Medianın İnkişafı Agentliyinə istinadla xəbər verir.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək
forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin
təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi,
dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin
formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin
təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə
olunacaq.




Forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal
innovasiya” və “Strateji kommunikasiya və böhranın idarə olunması”
mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada
media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda
vörkşopun təşkili planlaşdırılır.

Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici
nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir