
Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan
növbəti təyinat alıb.
Trend xəbər
verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu
çərçivəsində noyabrın 27-də keçiriləcək “Universitatya Krayova”
(Rumıniya) – “Maynz” (Almaniya) görüşünün hakim-inspektoru
olacaq.
Qarşılaşma Krayova şəhərində Yon Oblemenko adına stadionda baş
tutacaq.

