
Bakı. Trend:
Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi karyerasını
İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər
verir ki, “Mançester Yunayted” qvineyalı futbolçunu transfer etmək
istəyir.
Qirassinin Almaniya klubu ilə müqaviləsində yanvar ayında
keçərli olacaq 50 milyon avroluq satınalma bəndi yer alıb. “Qırmızı
şeytanlar” 29 yaşlı forvard üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, “Borussiya” Seru Qirassini 2024-cü ilin yayında “Ştutqart”dan 18 milyon avroya transfer edib. Qvineya millisinin
üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı
20 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

