
ABŞ-ın G20 sammitini boykot etmək mövqeyi dəyişir və Cənubi Afrika Respublikası Yohannesburqda keçirilən sammitdə ABŞ-ın iştirakının mümkün formatı barədə Vaşinqtonla məsləhətləşmələr aparır.
APA xəbər verir ki, bu barədə Cənubi Afrika Prezidenti Siril Ramafosa Yohannesburqda keçirilən Cənubi Afrika-AB sammitindən sonra açıqlama verib.
“ABŞ-dan sammitdə iştirakı ilə bağlı fikir dəyişikliyini göstərən və hələ də müzakirə etdiyimiz bir nota aldıq. Bu, çox müsbət əlamətdir. Təkrar edirəm, boykot siyasəti heç vaxt işə yaramayıb. ABŞ burada olmalıdır və biz hazırda bunu araşdırırıq”, – o deyib.

