Elnur Rzayev Əhmədoba kəndində sakinlərin müraciət və təkliflərini dinləyib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Əhmədoba kəndində növbəti səyyar qəbul keçirib.

Trend xəbər verir ki, qəbulda
Əhmədoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan
Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin
sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Əhmədoba kəndində şəhid İsmət
Rəsulovun büstü önünə gül dəstələri düzüb, vətən uğrunda canından
keçən mərd oğulların əziz xatirəsini ehtiramla yad ediblər.




Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər
kəndlərarası yolun təmiri, suvarma kanallarının təmizlənməsi və
elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir