Şəkidə 300-ə yaxın ilk təşkilat sədrləri bir araya gəldi (FOTO)

Baş səhifə

Bakı. Trend:

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
(ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla bilavasitə ünsiyyətin
və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində ardıcıl
tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, bu
çərçivədə növbəti regional görüş noyabrın 20-də Şəki şəhər Heydər
Əliyev Mərkəzində baş tutub.

Görüşə Şəki şəhəri, Oğuz və Balakən rayonlarının təhsil
müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı
təşkilatlarının sədrləri qatılıblar.

Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr
müavini Mirzə Cəfərzadə,və Komitənin məsul əməkdaşları iştirak
ediblər.




Araz Paşayev çıxışında AHİK-in sosial tərəfdaşlıq xəttinə uyğun
olaraq əmək münasibətlərinin tənzimlənməsi prosesində həmkarlar
ittifaqlarının strateji mövqeyini diqqətə çatdırıb, üzv təşkilatlar
arasında həmrəyliyin və vahid fəaliyyət xəttinin əsas hədəf
olduğunu vurğulayıb. O, birbaşa dialoqun genişləndirilməsi və ilk
təşkilatlara sistemli dəstəyin artırılmasının Komitənin əsas
istiqamətlərindən olduğunu bildirib.

Görüşdə sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və
işçi hüquqlarının təminatı üzrə həyata keçirilən təşəbbüslərlə
bağlı təqdimatlar edilib.

İlk təşkilat sədrləri ilə sual-cavab əsasında fikir mübadiləsi
aparılıb, səsləndirilən rəy və təkliflər qeydə alınıb.
ETİHİ rəhbərliyi tərəfindən regional görüşlərin digər bölgələrdə də
davam etdiriləcəyini və üzv təşkilatlarla qarşılıqlı fəaliyyətin
gücləndirilməsinin prioritet olduğunu diqqətə çatdırılıb.

Qeyd edəki ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsi hazırda ölkə üzrə 405 mindən artıq ittifaq
üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı
özündə birləşdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir