COP30-un keçirildiyi ərazidə yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Braziliyanın Belem şəhərində COP30-un keçirildiyi ərazidə yanğın
baş verib.

Trend xarici
mediaya istinadla xəbər verir ki, BMT-nin iqlim danışıqları – COP30
Braziliyanın Belem şəhərində yerləşən tədbir məkanında yanğın baş
verməsi səbəbindən təxliyə olunur.

BMT-nin və təhlükəsizlik əməkdaşları Belem şəhərindəki COP30
məkanında baş verən yanğını söndürmək üçün dərhal yanğınsöndürən
balonlarla hadisə yerinə qaçıblar. Duman dəhlizi bürüyüb və
insanlar “yanğın!” deyə qışqırıblar.




Beynəlxalq iqlim hərəkatı təşkilatlarının da yer aldığı stendlər
yanaraq kül olub.

COP30-un başa çatmasına bir gün qalmış baş verən hadisə isə
təşkilatçılıq məsələlərinin zəif olduğunu bir daha nümayiş
etdirir.

Xatırladaq ki, bundan əvvəl isə yağış suları iqlim zirvəsinin
keçirildiyi əraziyə dolaraq iştirakçıların hərəkətinə maneə
törətmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir