
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan rəsmi olaraq sülh
plan layihəsini alıb və Amerika tərəfinin fikrincə, bu plan
diplomatiyaya təkan verə bilər.
Trend xəbər verir ki, bu
barədə Ukrayna Prezidenti Ofisinin bəyanatında bildirilib.
“Rusiyanın hücumunun ilk saniyələrindən Ukrayna sülhə can atır
və biz əsl sülhü yaxınlaşdıra biləcək bütün təklifləri
dəstəkləyirik. Bu ilin əvvəlindən Ukrayna Prezident Trampın qan
tökülməsinə son qoymaq təkliflərini dəstəkləyib”, – deyə məlumatda
bildirilib.
Məlumatda qeyd edilib ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ,
onun Avropa İttifaqı və bütün dünyada tərəfdaşları ilə konstruktiv
əməkdaşlığa hazırdır.
“Ukrayna Prezidenti yaxın günlərdə Prezident Trampla mövcud
diplomatik imkanları və sülh üçün lazım olan əsas məqamları
müzakirə etməyi gözləyir”, – Prezident Ofisindən bildirilib.

