
Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandan nüvə
ehtiyatı və zənginləşdirilmiş uran miqdarı barədə “gecikmədən”
hesabat verməsini tələb edən qətnaməyə səs verib.
Trend xəbər verir ki, qətnamə
AEBA-nın 35 üzvdən ibarət idarə heyətinin qapalı iclasında qəbul
edilib. Qətnamədə Tehranın zənginləşdirilmiş uran ehtiyatının
vəziyyəti və bombardman edilmiş nüvə obyektlərinin yerləri barədə
agentliyə “gecikmədən” məlumat verməsi tələb olunur.
Qətnamənin əsas məqsədi AEBA-nın İranın nüvə proqramının
aspektləri barədə hesabat vermək mandatını yeniləmək və
dəyişdirməkdir. Qətnamədə, həmçinin qeyd olunur ki, Tehran
agentliyə dərhal cavab verməli, eləcə də ona istədiyi hər yerə
çıxış imkanı verməlidir.
Qətnamə 19 lehinə, üç əleyhinə və 12 bitərəf səslə qəbul
edilib.

