Gürcüstanda işsizlik səviyyəsi azalıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin üçüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi azalaraq 13,3 faiz
təşkil edib.

Trend xəbər verir ki, bu
barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin üçüncü rübündə əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 0,9 min nəfər (0,1%)
artaraq 975,3 min nəfərə, özünüməşğulluq fəaliyyəti ilə məşğul
olanların sayı isə 14,3 min nəfər (3,3%) azalaraq 418,4 min nəfər
olub. Hesabat dövründə işsizlərin sayı 12,1 min nəfər (5,4%)
azalaraq 213,7 min nəfər olub.




Bu ilin III rübündə işçi qüvvəsində iştirak səviyyəsi (15 və
daha yuxarı yaşda olan əhalidə işçi qüvvəsinin xüsusi çəkisi)
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi azalıb,
məşğulluq səviyyəsi isə 5 faiz artıb. Kənd tipli yaşayış
məntəqələrində işsizlik nisbəti ənənəvi olaraq qadınlar arasında
0,1 faiz bəndi, kişilər arasında isə 0,9 faiz bəndi azalaraq 114
faiz təşkil edib. Qadınlar arasında bu göstərici əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 44,0 faiz, kişilər arasında isə 66,9
faiz təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir