
Bakı. Trend:
ABŞ Rusiya Federasiyasına qarşı yeni iqtisadi sanksiyalar tətbiq
etməyə hazır olduğunu bəyan edib.
Trend xəbər verir ki, bunu
BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında
ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Mayk Uolts bildirib.
O qeyd edib ki, Rusiya “atəşkəslə bağlı çağırışlara məhəl
qoymaqda davam edərsə”, Vaşinqton əlavə təzyiq tədbirlərini həyata
keçirməyə hazırdır.
Daimi nümayəndə həmçinin ABŞ-ın Ukraynanın müdafiəsi üçün silah
tədarükünü davam etdirəcəyini vurğulayıb.

