
İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşmaya hazırdır, lakin bu, balanslaşdırılmalı və hər iki tərəfin mövqeyini nəzərə almalıdır.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın “The Economist” jurnalına müsahibəsi zamanı deyib.
“Biz danışıqlara hazırıq, amma diktaturaya yox. Biz həqiqətən də razılaşmaya açığıq. Amma ədalətli və balanslaşdırılmış, birtərəfli yox. Problem də budur”, – o bildirib.

