Səkkiz İsrail təyyarəsi Suriya üzərində alçaqdan uçub

Baş səhifə

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Suriyanın hava məkanına daxil olaraq cənub, mərkəzi və şimal bölgələri üzərində alçaqdan uçub.

APA xəbər verir ki, bu barədə “Syriaa TV” məlumat yayıb.

Kanalın məlumatına görə, səkkiz təyyarə İdlib, Latakiya, Hama, Homs, Quneytra və Əs-Süveydə əyalətləri üzərində müşahidə olunub. İsrail pilotları yerüstü hədəflərə zərbə endirməyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir