
ABŞ Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır və Ukraynaya silah tədarük etməyə davam edəcək.
APA xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.
O, ABŞ-ın Rusiya atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edəcəyi təqdirdə ona əlavə təzyiq göstərməyə hazır olduğunu vurğulayıb.
“Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik”, – Uolts əlavə edib.

